Bu gün Azərbaycan Kubokunun ½ final mərhələsinin ikinci oyunu keçirilib. Sport24.az xəbər verir ki, Zirədə eyni adlı komanda "Qəbələ"ni qonaq edib.

 

Görüş Rəşad Sadıqovun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, dünən baş tutan ilk yarımfinal matçında "Qarabağ" səfərdə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.

 

Azərbaycan Kuboku

½ final mərhələsi, ilk oyun

19:00. "Zirə" – "Qəbələ" 2:1 

Qol: Salifu Suma, 51. Rafael Utziq, 66 - Abu Ake, 90

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə. İdman Kompleksinin stadionu

"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 70. İssa Cibrila, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 53. Elnur İbragimov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 6. Feras Abu Akal
Baş məşqçi: Kaxaber Tsxadadze