"Zirə"nin qapıçısı Tiaqo Silva Sport24.az müsahibə verib. Portuqaliyalı qolkiper Ağdam təmsilçisinə məğlubiyyətdən, qarşıdakı iki tur və ölkəmizlə bağlı təəssüratlarını danışıb.

 

 
- Son turda doğma meydanda "Qarabağ"a məğlub olduz. Səncə, rəqib gücünü göstərdi, yoxsa hakim səhvinin qurbanı olduz?
- Artıq hakimlərlə bağlı danışmaq istəmirəm, onların haqsız qərarlarından da bezmişik, tənqid etməkdən də. "Qarabağ"a qarşı yaxşı mübarizə apardıq, hətta bəzən daha üstün təsir bağışlayırdıq. Ancaq təəssüf ki, sonda sevinən tərəf rəqib oldu.

 

- Əsas rəqiblərinizdən "Neftçi" ilə "Sumqayıt" turu qələbə ilə başa vurdu. Bu sizi qorxutmur?
- Bizə başqalarını necə çıxış etməsi, hansı nəticə qazanması maraqlı deyil. Öz işimizə fokuslanmalı, daha yaxşı oynamalı qələbə qazanmalıyıq. Necə ki, bunu da edirik.

 

- "Qarabağ"a məğlubiyyət kollektivdə ruh düşkünlüyünə səbəb olmayacaq?
- Peşəkarıq, məğlubiyyət bizi "sındırmır", əksinə daha da möhkəmləndirir. Bir an belə ruhdan düşmürük. Qarşıda bizi iki ağır oyun gözləyir. Uğur qazanacağımıza inanıram, bunun üçün sona kimi döyüşəcəyik.

 

- Vərəqə limitinə görə "süvarilər"lə matçda kənarda qaldın. Həmkarın Anar Nəzirovun çıxışını necə dəyərləndirərdin?
- Anar təcrübəli qapıçıdı və işinin öhtəsindən yaxşı gəldiyini düşünürəm.

 

- Premyer Liqada ən az qol buraxan qolkipersən. Başqa klublardan təklif gəlsə, "qartallar"ın düşərgəsini tərk edə bilərsən?
- "Zirə" ilə bir illik müqaviləm var. Özümü burda xoşbəxt hesab edirəm və komandama daha çox fayda vermək haqqında düşünürəm. Gələcəkdə nə olacaq deyə bilmərəm.

 

- "Qarabağ" kimi komandadan və ya daha səviyyəli liqalardan təklif gəlsə necə?
- Müqaviləmin son gününə kimi "Zirə"dəyəm və bütün planlarım bu klubla bağlıdı.

 

- Bir ilə yaxındı ölkəmizdəsən. Azərbaycanlıları hansı xüsusiyyətinə görə bəyənirsən?
- Azərbaycanlılarda ən çox xoşuma gələn xüsusiyyət vətənpərvər olmalarıdı. Hər yerdə bayrağınızı dalğalandırmağı sevirsiz, qəhramanlarınızı hər zaman ehtitamla yad edirsiz.Bu görüntü çox təqdirə layiq və başqaları üçün nümunədir, deyərdim.

 

- Bəs mətbəximizdən hansı təamları daha çox xoşalıyrsız?
- Zəngin mətbəxinizin olması şübhəsizdi. Bakıda bir necə restoran var ki, ora tez-tez baş çəkirəm. Yeməkləriniz içərisində isə bəyəndiklərim çoxdu. Onları bir-biri sadalamaq istəməzdim.

ABDULLA İSMAYILOĞLU