Bu gün "Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "qartallar" səfərdə Estoniya təmsilçisi "Payde"nin qonağı olacaq.

 

Görüş saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Santa Koloma" (Andorra) – "Rapid" (Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.

 

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

20:00. "Payde" (Estoniya) - "Zirə" (Azərbaycan) 0:0 (Birinci hissə)

Baş hakim: Roman Jitari (Moldova).
Parnu şəhər stadionu.

 

"Payde": Jorju, Tur, Boranov, Hüqo, Lilander, Sohna, Haim, Miller, Luts, Badamasi, Siim

Ehtiyat oyunçular: Sapp, Andrade, Kabral, Ojamaa, Anyer, Jobarteh, Surogin, Hindrek, Çam, Piht, Smirnov, Nigula

"Zirə": 13 Aydın Bayramov, 32 Qismət Əliyev (k), 4 Ruan Renato, 20 İssa Cibrilla, 2 Amin Seydiyev, 17 Vieyra, 21 Quima, 93 Brahim Konate, 11 Martins Junior, 9 Davit Volkov, 7 Eren Aydın.

Ehtiyat oyunçular: 72 Hüseynəli, 99 Səlim Həşimov, 8 İsmayıl İbrahimli, 10 George Papunaşvili, 14 Elçin Əlicanov,22 Ayxan Hüseynov, 29 Krisdiqbeu, 57 Yusif Hacıyev, 77 Yeqor Boqomolski.