"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, London təmsilçisi "Brügge"dən Kristos Tzolisi transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

"Arsenal" 24 yaşlı yunanıstanlı futbolçu üçün 40 milyon funt-sterlinq ödəyəcək.

 

Tzolis ötən mövsüm 36 oyunda 17 qol vurub, 23 məhsuldar ötürmə edib.