Fransa millisinin və PSJ-nin futbolçusu Bredli Barkola karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Liverpul" vingeri transfer etmək istəyir.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

23 yaşlı futbolçu da PSJ-dən ayrılmağa müsbət yanaşır. O, Paris klubunun yeni müqavilə təklifini qəbul etməyib.

 

Barkola 2023-cü ildən klubda çıxış edir.