"Çelsi" "Bornmut"un yarımmüdafiəçisi Aleks Skottu transfer etmək cəhdini davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə "The Standard" məlumat yayıb.

London klubu 22 yaşlı futbolçu üçün 64 milyon funt sterlinq məbləğində təklif göndərsə də, "Bornmut" bu təklifi geri çevirib. Skott "Çelsi"yə keçmək istəyir. Lakin "Bornmut" onu satmaq niyyətində deyil və futbolçu ilə müqaviləni uzatmağa çalışır. Buna baxmayaraq, gənc yarımmüdafiəçinin yeni sözləşmə imzalamaq fikrində olmadığı bildirilir.

Qeyd olunur ki, Aleks Skottla "Arsenal" və "Mançester Siti" də maraqlansa da, hələlik bu klublar rəsmi təklif etməyiblər.