Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, "Qarabağ"  Bakıda Bolqarıstanın ÇSKA klubunu qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq

 

Komandalar arasında cavab oyunu iyulun 30-da Sofiyada baş tutacaq.

 

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə  "Şerif" (Moldova) – "Makkabi" (Tel-Əviv, İsrail) cütünün güclüsü ilə qarşılaşacaq.

 

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

20:00. "Qarabağ" (Ağdam) - ÇSKA (Sofiya, Bolqarıstan)

Baş hakim: Daniele Çiffi (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu