İtaliya millisinin baş məşqçi postuna əsas namizəd hesab olunan Xosep Qvardiolanın yığmanı çalışdırması çətin görünür. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, İtaliya Futbol Federasiyası ispan mütəxəssisə illik 10 milyon avro maaş təklif etsə də, Qvardiola təxminən 20 milyon avro tələb edir. Bundan əlavə, o, uzun illər fasiləsiz çalışdıqdan sonra ailəsinə məşqçiliyə ara verəcəyinə söz verdiyi üçün İtaliya millisini çalışdırmağa da isti yanaşmır.

Bildirilir ki, Qvardiola təklifi rədd edərsə, federasiya digər namizədlərə üz tutacaq. Hazırda Andrea Pirlo, Roberto Mançini və Antonio Konte baş məşqçi postuna əsas namizədlər hesab olunur. Bununla belə, İtaliyada ən etibarlı seçim kimi Antonio Kontenin adı ön plana çıxır.