"Şəfa" daha bir futbolçunu heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

 

 

Paytaxt təmsilçisi niderlandlı müdafiəçi Kristofer Mamengi ilə 1+1 illik müqavilə imzalanıb.

 

25 yaşlı oyunçu ölkəsində "Utrext" və "Almere", Kosovoda isə "Priştina" klublarının formasını geyinib. O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.