Təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan "Araz-Naxçıvan" məşqlərini bərpa edib. Sport24.az xəbər verir ki, gündə bir dəfə məşq edən "qırmızı-ağlar" iyulun 24-də yoxlama oyunu keçirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rəqib "İmişli" olacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək görüş saat 18:00-da başlayacaq.