İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin DÇ-2026-da reklam çəkilişlərindən qazandığı məbləğ məlum olub. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Hazırda MLS-də mübarizə aparan "İnter Mayami"nin də sahibi olan keçmiş yarımmüdafiəçi mundial zamanı kampaniyalardan 19 milyon funt-sterlinq qazanıb.

 

Bekhem son bir ayda çips, pivə, bank məhsulları və digər reklam çəkilişlərində iştirak edib.

 

ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatının qalibi İspaniya yığması olub.