Türkiyənin "Beşiktaş" klubu "Nyukasl"ın yarımmüdafiəçisi Co Villokun transferi üçün hərəkətə keçib. Sport24.az xəbər verir ki, bu barədə insayder Luk Edvards məlumat yayıb.

İstanbul təmsilçisi ingiltərəli futbolçunun keçidi ilə bağlı "Nyukasl"la danışıqlar aparır. Villokun müqaviləsinin müddəti gələn yay başa çatacaq və klubun ona yeni sözləşmə təklif etməyi planlaşdırmadığı bildirilir.

Bu səbəbdən "Nyukasl"ın 25 yaşlı yarımmüdafiəçini yay "transfer pəncərəsi"ndə satmağa müsbət yanaşdığı qeyd olunur. Tərəflər hazırda transferin maliyyə şərtlərini müzakirə edirlər.