Fransa millisinin sabiq üzvü Antuan Qrizmann ABŞ karyerasına uğurlu start verib. Sport24.az xəbər verir ki, yeni klubu "Orlando Siti"nin heyətində MLS-də debüt edən 35 yaşlı hücumçu ilk oyununda fərqlənməyi bacarıb.
Qrizmann "San Xose" ilə səfər matçının 47-ci dəqiqəsində komandasının üçüncü qolunu vurub. Bu həm də futbolçunun peşəkar karyerasında 300-cü qolu kimi tarixə düşüb. Fransalı hücumçu fərqlənəndən sonra məşhur qol sevincini də təkrarlayıb.
Qeyd edək ki, Qrizmannın debüt etdiyi görüşdə "Orlando Siti" Qərb Konfransının ikinci pilləsində qərarlaşan "San Xose"ni 4:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində komanda pley-in uğrunda mübarizədə mövqeyini yaxşılaşdırıb.