İngiltərə millisinin sabiq hücumçusu Ceymi Vardi keçmiş komanda yoldaşı N'Qolo Kante ilə bağlı maraqlı açıqlama verib. Sport24.az xəbər verir ki, Vardi "Lester"də birlikdə çıxış etdiyi fransalı yarımmüdafiəçinin əvvəlcə Mali millisini seçmək niyyətində olduğunu bildirib.

"N'Qolo atasının vətəninə hörmət əlaməti olaraq Fransa yox, Mali millisində oynamaq istəyirdi. Biz isə onu Fransa ilə dünya çempionu ola biləcəyinə inandırdıq", – deyə Vardi bildirib.

Qeyd edək ki, Mali əsilli N'Qolo Kante sonradan Fransa millisini seçib. 35 yaşlı yarımmüdafiəçi yığma ilə 2018-ci ildə dünya çempionu, 2021-ci ildə isə UEFA Millətlər Liqasının qalibi olub. O, Fransa millisinin heyətində keçirdiyi 69 oyunda 2 qol vurub.