"Sabah" klubunun Aron Maludanın transferi üçün İsveçrənin "Bazel" klubundan tələb etdiyi məbləğ bəlli olub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan çempionu 20 yaşlı vingerin transferindən 3 milyon avro gəlir əldə etmək istəyir.
Bundan əlavə, "Sabah" gənc futbolçunun gələcəkdə başqa kluba satılacağı təqdirdə həmin transferdən pay almağı da planlaşdırır.
Qeyd edək ki, Aron Maluda ötən mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxaraq 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun xidmətində daha əvvəl Şotlandiyanın "Seltik" klubu da maraqlı olub.