Ötən mövsümü "İmişli"nin heyətində keçirən Xəzər Mahmudov karyerasını "Xankəndi"də davam etdirəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı futbolçu I Liqanın debütantı ilə razılığa gəlib və yeni mövsümdə "Xankəndi"nin uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, Xəzər Mahmudov daha əvvəl "Şamaxı", "Sumqayıt", "Karvan-Yevlax" və "İmişli"nin formasını geyinib.