İsveç çempionatında 24-cü turun oyunları keçirilir.

Sport24.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə AİK-lə qarşılaşıb və 0:2 hesabıyla məğlub olub.

Musa da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 53-cü dəqiqədə əvəzlənib.

“Yurqorden” hazırda 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.