"Macarıstan" həqiqətən güclü rəqib idi, amma Latviyaya qalib gəlməli idik. Macarlarla matçda komandamız pis təsir bağışlamadı". Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov bildirib.
Hazırda "Turan Tovuz"un məşqçilər korpusunda yer alan veteran futbolçu yığmanın hazırkı durumundan söz açıb:
"Qol da vurduq. Ancaq bu qələbə üçün yetərli olmadı. Sonuncu dəqiqlərdə Rza Cəfərovun epizodu da qol olsaydı, daha yaxşı olardı. İndiki durumda futbolçular istirahət dönəmindədir. Bu da təsirini göstərir. Bundan sonra yaxşı nəticələr qazanmağa ümid edirik. Dünya Çempionatının seçmə mərhələsi ərəfəsində bədbinliyə qapanmayaq. Həmişə neqativ düşünürük deyə, nəticələr ürəkaçan olmur. Əlbəttə, millimizin yüksək nəticələr qazanmağını istəyirik. Əlimizdən başqa nə gəlir? Desək pis olacaq, bundan da betər duruma düşəcəyik".
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan millisi Bakıda Macarıstan seçməsinə 1:2 hesabı ilə məğlub olub. İyunun 7-də isə Latviya ilə heç-heçə edib.