"Qol vurmaq üçün kifayət qədər imkanlarımız oldu. Baş məşqçimizin fikirləri ilə razıyam. "Araz-Naxçıvan"la oyunda 2 xal itirdik". Bu sözləri Sport24.az-a "Kəpəz"in kapitanı Yeqor Xvalko "Araz-Naxçıvan"la heç-heçə etdikləri oyunu şərh edərkən deyib.
Təcrübəli futbolçu komandasının qol fürsətlərini boşa verməsindən danışıb:
"Bu, futbolun bir hissəsidir. Həmişə qol vurmaq olmur. Gələcək oyunlarda bütün epizodlardan yararlanmağa çalışacayıq".
Belaruslu futbolçu növbəti turdakı "Şamaxı" ilə qarşılaşma barədə də fikirlərini bölüşüb:
Turnir cədvəlində "Sumqayıt"dan bir, "Şamaxı"dan üç xal geriyik. Üç xalı aradan qaldıra bilərik. Turnir cədvəlində mümkün qədər yuxarı qalxmaq istəyirik".
Qeyd edək ki, "Şamaxı" - "Kəpəz" matçı aprelin 20-də baş tutacaq. Oyunun start fiti saat 16:30-da səslənəcək.