"Sabahkı oyun çətin olacaq". Sport24.az  xəbər verir ki, bunu "Malmö"nün futbolçusu Yens Striqer "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

 

"Bilirik ki, "Qarabağ" güclü komandadır. Ancaq biz bura özümüzə əmin gəlmişik. "Reyncers"ə qarşı etdiyimiz səhvləri etmək niyyətində deyilik və sabahkı matçda qələbə qazanmaq istəyirik. Komandada müsbət atmosfer var.

 

Qeyd edək ki, "Malmö" sabab "Tofiq Bəhramov"da  "Qarabağ"la üz-üzə gələcək.