II Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən "Xankəndi" Futbol Klubunun qış mövsümü üçün planları müəyyənləşib. Bu barədə Sport24.az "Xankəndi" FK-nın mətbuat xidmətinə istinadən bildirir.
Komanda 15 yanvar tarixində bir araya gələcək və Bakı şəhərində yerləşən "Neftçi Baza"da 10 günlük təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi həm fiziki, həm də taktiki baxımdan komandanın ikinci dövrəyə optimal şəkildə hazırlaşmasını hədəfləyir.
Qeyd edək ki, təlim-məşq toplanışı eyni zamanda seleksiya xarakteri daşıyacaq. Bu müddət ərzində məşqçilər korpusu tərəfindən potensial yeni futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulur.