"Barselona" ingilis futbolçu Markus Reşfordu icarə müddəti bitdikdən sonra "Mançester Yunayted"dən almaq planı yoxdur. Sport24.az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya klubu maliyyə problemi səbəbindən onu saxlaya bilmir. 

 

"Mançester Yunayted" Reşfordu geri qaytarmağa ümid edir. "Qırmızı şeytanlar" bu yaxınlarda onun xidmətində maraqlı olmayan baş məşqçi Ruben Amorimi postundan uzaqlaşdırıb. "Mançester Yunayted" rəsmilərinin fikrincə, adı hələ müəyyənləşməyən yeni baş məşqçinin rəhbərliyi altında Reşford əsas heyətin oyunçusu ola bilər.

 

Qeyd edək ki, Reşford 2025-ci ilin iyulundan icarə əsasında "Barselona"nın formasını geyinir. O, Kataloniya klubunun heyətində bütün turnirlərdə 25 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.