"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Ayntraxt" heyətini gücləndirib. Almaniya klubu İngiltərənin "Notingem Forest" komandasında çıxış edən fransalı hücumçu Arnaut Kalimuendonu transfer edib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Frankfurt təmsilçisi 23 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 2025-ci ilin 21 yanvar tarixində Bakıda keçiriləcək.