"Real" İspaniya Superkubokunun yarımfinalında "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiirlən matçda 2-ci dəqiqədə Federiko Valverde penalti ilə qol vurub. 55-ci dəqiqədə Rodriqo Valverdenin ötürməsindən fərqlənib.

 

58-ci dəqiqədə isə Aleksandr Serlot bir qol vuraraq hesabı azalda bilib.

 

Qeyd edək ki, "Real" finalda "Barselona" ilə qarşılaşacaq.