Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib. Sport24.az xəbər verir ki, 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində həlledici görüşlərdə bu cütlüklər üz-üzə gələcək. 

 

Qeyd edək ki, sabah bu çəkilərdə qaliblər müəyyənləşəcək. Eyni zamanda, sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da mübarizəyə start veriləcək.

 

57 kq

İslam Bazarqanov (AGF) – Vasif Bağırov (Mywrestling)

 

65 kq

Rəşid Babazadə ("Neftçi", Masallı) – Musa Ağayev (Astara)

 

74 kq

Ağanəzər Novruzov ("Neftçi") – Turan Bayramov ("Neftçi")

 

86 kq

Arseni Djioyev ("Neftçi") – Orxan Abasov ("Neftçi")

 

97 kq

Maqomedxan Maqomedov (AGF) – Osman Nurmaqomedov (AGF)