Bu gün "Neftçi" və "Sumqayıt" qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, mövsümün ikinci yarısına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlaşan "ağ-qaaralar" Qazaxıstan təmsilçisi "Kayrat"la qarşılaşacaq.
Oyunun start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
Türkiyənin Antalya şəhərində toplanışda olan "Sumqayıt" isə Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək. Bu matç Bakı vaxtı ilə saat 16:00-da başalayacaq.