İngiltərənin "Tottenhem", "Mançester Siti" və "Nyukasl" klubları Brazilya millisinin futbolçusu Uesli Fransa ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Premyer Liqa təmsilçiləri cənubi amerikalı sağ cinah müdafiəçisini transfer siyahıyalarına əlavə ediblər.
Qeyd edək ki, Uesli cari mövsüm meydana çıxdığı 21 matçda 3 qol vurub. Onun "Roma" ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.