"Liverpul" 17 yaşlı mərkəz müdafiəçisi Mor Ndiaye ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Ndiaye, vaxtilə Premyer Liqada çıxış etmiş Demba Baya ("Çelsi" və "Nyukasl"ın şərəfini qoruyub) məxsus olan və Seneqalın ikinci divizionunda mübarizə aparan "Amiti"nin formasını geyinib. 

 

Sol ayaqlı mərkəz müdafiəçisi 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında adından söz etdirib. O, hələ ki, "Liverpul"un gənclər komandasında oynayacaq.