Harri Keyn Bundesliqada dekabr ayının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə ingilis futbolçu Maykl Olise, Patrik Vimmür, Yan Diomande, Josip Stanişiç və Kristof Baumqartnerlə rəqbətdən qalib ayrılıb. 

 

Qeyd edək ki, ingiltərəli forvard ilin son ayında üç matçda beş qol vurub. Artıq Harrinin hesabında Bundesliqada 100 qolu var. Heç kim bu göstəriciyə Keyn qədər tez çatmayıb.