İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Brayton"la matç "Mançester Siti"nin hücumçusu Erlinq Haaland üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, 25 yaşlı norveçli hücumçu oyunda (1:1) penaltini dəqiq yetirməklə adını tabloya yazdırıb. Bununla da forvard "şəhərlilər"in heyətində vurduğu qolların sayını 150-yə çatdırıb.

 

Erlinqə 150 qol üçün bütün yarışlarda 173 oyun lazım olub. O, həmçinin 25 məhsuldar ötürmə verib.

 

Qeyd edək ki, Haaland 2022-ci ilin yayından bəri "Mançester Siti"də oynayır.