"Bornmut" "Arsenal"ın gənc yarımüdafiəçisi Etan Nvanerilə yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.

Cənub sahili təmsilçisi Nvanerini bu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Lakin gənc futbolçunun əsas istəyi ən azı mövsümün sonunadək Londonda qalmaqdır.

Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxsa da, cəmi 3 matça start heyətində başlayıb.