I Liqada mübarizə aparan "Difai"nin futbolçusu Bayraməli Qurbanov karyerasını Albaniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə Ağsu klubunun mətbuat xidməti məlumat yayıb.

 

23 yaşlı hücumçu Albaniyanın II Liqa təmsilçisi "Beselidya" ilə anlaşıb.

 

Qeyd edək ki, "Beselidya" 10 turdan sonra turnir cədvəlində 26 xalla zirvədə qərarlaşıb.