II Liqa təmsilçisi "Xankəndi"nin baş məşqçisi postundan uzaqlaşdırılan İbrahim Uzuncanın Sport24.az-a müsahibəsi.

 

- Yeni il ərəfəsində sizin "Xankəndi"nin baş məşqçisi postundan gedəcəyiniz barədə xəbərlər dolaşırdı. Klubun qərarını necə qarşıladınız?
- Normal. Bundan sonra "Xankəndi"nin futbol akademiyasını quracağıq. Bunun üçün lazımi işlər gedəcək. Diqqətimi tam olaraq bu istiqamətə ayıracam. İşdən qorxan adam deyilik. Azərbaycanda uşaq futboluna xidmət etmək mənim ən böyük arzumdur.

 

- Akademiyaya təyinatınızla bağlı nə deyə bilərsiniz?
- Bir neçə il öncə "Bakı" klubunun akademiyasında bir neçə futbolçu yetişdirib ölkəyə qazandırmışıq. Yaxşı akademiya qurmaq üçün müəyyən vaxt lazımdır. Buna görə də baş məşqçi kimi "Xankəndi"yə tam diqqətimi yönəldə bilməyəcəkdim. Komandanın içindəyəm. Onlara da bacardığım dəstək göstərəcəm. Amma əsas işim akademiyanı qurmaq olacaq. Çempionluğa oynayan komandaya daim diqqət ayırmaq lazımdır. Yeni təyin olunacaq baş məşqçi ilə sıx əlaqədə olacağıq.

 

- Qarşınıza qoyduğunuz hədəflər?
- İnşallah, "Xankəndi" klubunun adını ən yüksək zirvələrə yüksəldəcəyik. Daha əvvəl bu barədə danışmışdıq. Qış fasiləsində vaxtımın olmayacayığını demişdim. Mən toplanışda komandanın başında olmasam, çətin olacaq. Məhz buna görə də komandaya yeni baş məşqçi təyin olunması qərarı verildi. Azərbaycanda futbolunda təməl möhkəm olmalıdır. Düzünü desəm, mən uşaq futboluna diqqət göstərən məşqçiyəm. Uşaq futbolu yoxdusa, komandanın gələcəyi də olmaz. Olsa da, süni olacaq. Azərbaycanda bir sıra istedadlı gənc futbolçular var, kənarda qalıblar. Üzülürük. Baş məşqçi olaraq yerli mütəxəssislərin çoxunu tanımıram. Əksəriyyət gənclərdir. Təbii ki, bizim də məsləhətimiz olacaq. İki ildə "Xankəndi"yə böyük əmək sərf etmişik. Geridə qalan müddətdə cəmi bir dəfə məğlub olmuşuq. Bunu da nəzərə almaq lazımdır. Bu missyanı davam etdirə biləcək məşqçi lazımdır.

 

- Hansı mütəxəssislərin namizədliyi nəzərdən keçirilir?
- Yerli mütəxəssislərin çoxunu tanımıram. Lazım olsa məsləhtimi əsirgəməyəcəm. İki ildə "Xankəndi"yə böyük əmək sərf etmişik.