Bu gün güləş üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib. Sport24.az xəbər verir ki, qarşılaşmaların gündüz mərhələsi 10:00-da, axşam mərhələsi 17:00-da başlayacaq.
Yarışa yanvarın 11-də yekun vurulacaq.
Qeyd edək ki, çempionatın açılış mərasimi yanvarın 8-də saat 17:00-da baş tutacaq.