"Mançester Yunayted" hazırda Səudiyyə Ərəbistan təmsilçisi "Əl-Hilal"ın baş məşqçisi olan Simone İnzaqiyə təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder  Nikolo Skira sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, "Mançester Yunayted" rəhbərliyi Ruben Amorimin istefasından sonra İnzaqini komandanın "sükanı arxasında" görmək istsədə də, italyan məşqçi "Əl-Hilal"da qalmaq istədəyini bildirib.

 

Qeyd edək ki, "Mançester Yunayted"in yanvarın 5-də baş məşqçisi Amorimlə yolları ayırdığını açıqlayıb. "Qırmızı şeytanlar" 20 turdan sonra 31 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.