"Çelsi" "Milan"ın vingeri Rafael Leaonu hədəfə alıb. Sport24.az insayder Ekrem Konurun sosial media hesabında paylaşımına istinadən xəbər verir ki, London klubu portuqaliyalı hücumçu üçün 75 milyon avro ödəməyə hazırdı.

 

Mənbənin sözlərinə görə, "Çelsi" qış transfer dönəmində futbolçunu "rənglərinə bağlamaq" istəyir.  

 

Qeyd edək ki, nüfuzlu "Transfermarkt" portalı 26 yaşlı Rafael Leaonun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir. O, bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Portuqaliyalı hücumçunun "Milan"la hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.