Yanvarın 24-də Stade Louis II stadionunda Monte-Karlo Beynəlxalq Sirk Festivalı çərçivəsində keçirilən ənənəvi "Fight Aids" kubokunun altıncı xeyriyyə matçı keçiriləcək. Sport24.az xəbər verir ki, Ukrayna millisinin və "Milan"ın keçmiş futbolçusu Andrey Şevçenko "Sirk Monako" komandasının kapitanı təyin edilib.
Tədbirin əsas məqsədi HİV/AİDS haqqında ictimaiyyəti məlumatlandırmaq və Şahzadə Stefani tərəfindən təsis edilən "Fight Aids Monaco" assosiasiyasını dəstəkləməkdir.
Əvvəlki illərdə olduğu kimi bu dəfə də meydanda "Barbajuans" və "Sirk Monako" komandaları qarşılaşacaq. Yaxın keçmişin məşhur futbol ulduzları - Eden Hazar, Bafetimbi Qomis, Rober Pires, Lüdovik Jüli, Klarens Zeedorf, Kristian Karembö və Yuri Corkaeff də oyunun iştirakçıları arasında yer alacaq.