Bayraməli Qurbanovun Albaniyanın "Beselidya" klubuna keçidində kimin vasitəsi olduğu müəyyənləşib. Spor24.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı hücumçunun legioner həyatı yaşamasında Azərbaycan millisinin üzvü Zamiq Əliyevin agenti Emrah Akçay mühüm rol oynayıb. 

Məhz türkiyəli agent "Difai"nin sabiq forvardını II Liqa təmsilçisinə təklif edib və yekunda tərəflər arasında razılaşma əldə olunub.

Qeyd edək ki, Zamiq Əliyev 2024-cü ilin yayından Albaniya "Eqnatiya"sının formasını geyinir.