"Zirə"nin Premyer Liqanın son turunda "Neftçi"ylə ev matçında (1:0) qələbə topunun müəllifi olan gürcü futbolçusu Davit Volkov əməliyyat olunacaq. Bu haqda Sport24.az-a klubun baş meneceri Elman Himayətoğlu məlumat verib. 

O, bu məqsədlə legioneri bu gün Türkiyənin İstanbul şəhərinə yollayacaqlarını bildirib. Belə ki, rəqiblə hava mübarizəsindən sonra yerə uğursuz düşməsi nəticəsində çiynində körpücük sümüyü sınan Volkovun ən azı 1 ay məşq edə bilməyəcəyi gözlənilir. 

Məlumdu ki, "Zirə"nin digər əcnəbi hücumçusu - braziliyalı Filipe Paxtman da İstanbula yollanıb. Müayinə qış transferinin məşqdə aldığı ciddinin çox olduğunu, əməliyyatın qaçılmaz olduğunu göstərib. Himayətoğlu diz nahiyəsində çarpaz bağları qırılan Paxtmanın əməliyyatını gözlədiklərini diqqətimizə çatdırıb. İstənilən halda, Filipenin cari mövsümü erkən bitirdiyini, ən azı 6 aylıq sıradan çıxdığını indidən deyə bilərik.  

Xatırladaq ki, "Zirə" Ukrayna Premyer Liqa təmsilçisi "Lvov"dan icarəyə götürdüyü 21 yaşlı Paxtmanla "6 ay+3 illik" anlaşıb.

 

MEHMAN SÜLEYMANOV