"6 xallıq oyun idi, "Sumqayıt" qalib gəldi. Ötən tur "Neftçi" üzərində qələbə qazanmışdılar. "Kəpəz" son pillədə deyil deyə, nəticələr qane edir demək çətindir. Qarşıda çox tur var. Mövsümün sonunu gözləmək lazıdm". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.
"Kəpəz"in sabiq məşqçisi Azər Bağırovun "komandanın daxilində problemlər var" sözlərinıə münasibət bildirib:
"Azər Bağırovun nəyə eyham vurduğunu deyə bilmərəm. Yəqin nəsə bilir ki, mətbuat konfransında bu sözləri söyləyir. Bunu məşqçilər korpusu axtarıb tapmalıdır. Futbolçularla onlar işləyir. Niyə məhz "Sumqayıt"la oyundan sonra dedi? Azər Bağırov bunu artıq özü cavablamalıdır. İnanmıram nəticəni mətubata çıxara. Klubun daxilində olan məsələdir".
Qeyd edək ki, Premyer liqanın XXVI turu çərçivəsində "Kəpəz" səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə məğlub olub.