Misli Premyer Liqasının XXVIII turunun "Sumqayıt" - "Sabah" oyunundan (3:3) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Azarkeşlər üçün maraqlı oyun alındı. Qarşılıqlı qollar vuruldu. Daha yaxşı oynayan tərəf biz idik. Təəssüf ki, asan qollar buraxdıq.

 

- Kuboku fikirləşib, dəyişiklik etdiniz?

- Bəli, bəzi oyunçuların mikro zədələri var idi. Qarşıdakı oyuna onlar da hazır olacaq. Əlavə edim ki, Elgün və Seymur bu gün yaxşı çıxış etdi.

 

- Heç-heçələr dostunuza çevrilib. Bu mifi nə vaxt dağıdacaqsınız?

- Bilsəydim, deyərdim. Bugünkü oyunda müdafiədə asan qollar buraxdıq. Hər oyunun öz hekayəsi var. Müdafiədə daha artırmalıyıq.

 

- Çempionatdakı iddiadan əl çəkdiyiniz demək olar?

- Xeyr. Hər oyunda mübarizə aparacağıq. Şanslarımız var və xallar qazanmağa çalışacağıq.