"Bizim bu qələbəyə ehtiyacımız var idi. Meydana qalib gəlmək üçün çıxmışdıq. Düzdü, birinci hissədə yaxşı oynamadıq. Amma, ikinci yarıda tamam fərqli performans göstərdik. Birəbir mübarizələrdə üstün olmağa çalışırdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "dənizçilər"in yarımmüdafiəçisi Valdemar Almeyda bildirib.

Futbolçu bu qalibiyyətin növbəti qarşılaşmalar üçün motivasiya olacağını qeyd edib. " Fikirləşirəm ki, yaxşı qələbə qazandıq. Növbəti matçlarda da qalibiyyət üçün əlimizdən gələni edəcəyik. Bu bizə böyük motivasiya verdi".

Qeyd edək ki, xallarını 30-a çatdıran "Səbail" 5-ci pilləyə yüksəlib.