AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib. Sport24.az xəbər verir ki, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən baş tutan modulda ona təlimatçı Osman Rəhimov köməklik edib.

 

Tanışlıq xarakteri daşıyan I mərhələdə kurs haqqında ümumi məlumat verilib, iştirakçıları nələrin gözlədiyi, hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə danışılıb.