"Mançester Yunayted" "Vulverhempton"un forvardı Mateus Kunyanı transfer etmək istəyir. Sport24.az xəbər verir ki, "Daily Mail"in məlumatına görə "qırmızı şeytanlar" bu keçid üçün "Vulverhempton"a braziliyalı hücumçunun 62,5 milyon funt sterlinqlik sərbəst qalma dəyərini ödəməlidir.

 

25 yaşlı oyunçu özü də karyerasını Mançester təmsilçisində davam etdirməyə razıdır.

 

Kunya bu mövsüm 31 matçda 16 qol vurub və 4 məhsuldar ötürmə edib.