Polşa Ekstraklasasında XXIX turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi "Radomiak" səfərdə "Puşa" ilə qarşılaşıb.
Oyun 2:2 hesabla başa çatıb.
Rahil matçın iştirak ərizəsində yer almayıb. Renat isə 65-ci dəqiqədə Abdul Tapsobanın yerinə oyuna daxil olub.
Aktivində 35 xalı olan "Radomiak" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.