Çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək. Sport24.az xəbər verir ki, komanda bu gün Antalya şəhərinə yola düşüb.
Hazırlıq çərçivəsində yığmalar Türkiyədə beynəlxalq "Boardee Cup" turnirində də güclərini sınayacaqlar.
Qeyd edək ki, komandalarımız aprelin 28-də Bakıya qayıdacaq.