Mövsümün sonunda "Bayer"lə müqaviləsi başa çatan Conatan Ta gələcəyi ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, almaniyalı futbolçu yayda klubu tərk edəcək.

 

Ta bu barədə özü açıqlama verib.

 

29 yaşlı mərkəz müdafiəçisi Bundesliqa klubu ilə yeni sözləşmə imzalamayacaq və azad agent statusunda olacaq.

 

"Barselona" Almaniya millisinin üzvünü heyətinə qatmaq istəyir.

 

Qeyd edək ki, Conatan Ta 2015-ci ilin iyul ayından "Bayer"də çıxış edir. Təcrübəli müdafiəçi bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.