"Milan" və "Real"ın sabiq çalışdırıcısı Fabio Kapello hazırda Madrid təmsilçisinin sükanı arxasında olan həmyerlisi Karlo Ançelottinin durumu ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Kapello "Real"ın son uğursuzluqlarına baxmayaraq, Ançelottini "Los Blankos"un məşqçini işdən çıxarmayacağına ümid etdiyini bildirib:

 

"Karlo dünyanın ən uğurlu baş məşqçisidir. Amma hətta o, "Real"ın problemlərini həll edə bilmir. Bu il çox şey səhv oldu, zədələr, Kroosun yoxluğu. Hər şey təəccüblü idi. Ümid edirəm ki, klub rəhbərliyi Karlonu işdən çıxarmaz və onun kluba göstərdiyi hörməti özünə qaytaracaqlar".

 

Kapello iki dəfə – 1996/1997 və 2006/2007 mövsümlərində "Real"ı çalışdırıb.