"Bayer"in baş direktoru Fernando Karro bildirib ki, "əczaçılar"ın hazırkı məşqçisi Xabi Alonsonun klub rəhbərliyi ilə centlmen razılığı əldə olunub. Sport24.az xəbər verir ki, buna görə də, "Bayer" təklif gələrsə, ispaniyalı çalışdırıcının "Real"a getməsinə icazə verə biləcək.

 

İnsayder Fabrisio Romano sosial şəbəkədə Karronun sözlərini paylaşıb:

 

"Alonsoyla onun gedişi ilə bağlı centlmen razılığımız var. Xabinin oynadığı komanda gəlsə, danışıqlar masasına oturacağıq və onun getməsinə mane olmayacağıq".

 

Xatırladaq ki, Alonso ötən mövsüm "Bayer"i Bundesliqa çempionlu edib. Komanda hazırda Bundesliqanın ikinci pilləsindədir.