"Yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləməyi, mümkünsə, qruplara düşməyi hədəfləyirik". Sport24.az xəbər verir ki, bunu "Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

 

O, avrokuboklarda nailiyyətlər əldə etmək istədiklərini vurğulayıb:

 

"Yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləməyi, mümkünsə, qrupa düşməyi hədəfləyirik. Maddi-texniki bazamız o qədər geniş deyil. Tovuzdakı kompleksə və burada gördüyünüz bazaya çox böyük maddi vəsait xərclənib. Dayanıqlı inkişaf yolunu seçmişik. Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik".